Litva Avropa İttifaqı-Azərbaycan münasibətləri çərçivəsində önəmli rol oynayır - ÖZƏL

"Litva ilə əməkdaşlıq ikitərəfli münasibətlərin gücləndirilməsində, eyni zamanda Avropa İttifaqı-Azərbaycan münasibətləri çərçivəsində də önəmli rol oynayır. Həmçinin iqtisadi inkişafda və nəqliyyat kommunikasiya imkanlarının artırılmasında  bu əməkdaşlığın böyük rolu vardır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Rəna Nadirova səsləndirib. O bildirib ki, iki ölkə arasında nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına Azərbaycan ərazisindən keçən tranzit şəbəkələr imkan yaradır: "Dövlət başçısının dediyi kimi, eyni zamanda müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31