Separatçılar nədən “referendum”a getmək istəyirlər? - ÖZƏL

"Paşinyanın "Qarabağ Azərbaycandır" açıqlamasından sonra separatçılar çıxış yolu kimi "referendum"a getmək istəyirlər". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə,  1991-ci ildə qondarma "referendum"la "artsax" yaratdılar, indi də eyni ssenari ilə "erməni əhalisinin Azərbaycanın tərkibində yaşamaq istəmədiyini" göstərmək niyyətindədirlər: "Nə dövr 30 il öncəki dövrdür, nə də Azərbaycan, belə bir addım heç nəyi dəyişməyəcək. Lakin həm Rusiyanın, həm də Qərbdə maraqlı qüvvələrin bu ssenaridən Azərbaycana qarşı təzyiq olaraq istifadə edə biləcəyi riski də var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31