Türkiyə yola davam deyir - ÖZƏL
25 May 2023 11:03 SiyasətYeni Azərbaycan Partiyası xətti ilə qardaş Türkiyədə görüşlərimiz davam edir. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, İstanbulda AK party fəalları, o cümlədən AK Party millət vəkilləri Murat Kurum və Şamil Ayrımla birlikdə Qars, Ərdahan və İqdır icmalarının üzvləri ilə görüşüb fikir mübadiləsi aparılıb: "Türkiyə və Azərbaycanın təşəbbüsü ilə yaranmış Türk Dövlətləri Təşkilatının bölgənin yeni dizaynında mühüm yerini danışdıq. Türkiyədəki 28 may seçkilərinin önəmini vurğuladıq. Başladığımız uğurlu, qalibiyyətli zəfər yolunun davam etməsinin vacibliyini qeyd etdik. Çıxışlarımızı hərarətlə qarşılayan icma üzvləri Azərbaycanı çox sevdiklərini bildirdilər və Azərbaycan xalqına, Azərbaycanın Prezidenti cənab İlham Əliyevə salamlar göndərdilər! Azərbaycan Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır!"