Petr Pavel Prezident İlham Əliyevə məktub ünvanlayıb

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və inanıram ki, birgə səylərimiz nəticəsində biz bu əlaqələri hərtərəfli inkişaf etdirə biləcəyik.

Zati-aliləri, Sizə uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31