Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
24 May 2023 18:28 SiyasətBolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə məktub göndərib.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.
İcazə verin, ölkələrimiz və xalqlarımız arasında çoxillik dostluq, səmərəli əməkdaşlıq münasibətlərinin intensiv inkişafından məmnun olduğumu bildirim.
Azərbaycan Respublikasının milli bayramı ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mükəmməl ikitərəfli münasibətlərin yüksək qiymətləndirilməsini təsdiqləmək və onların gələcəkdə də dinamik şəkildə inkişafını arzulamaq üçün xoş bir fürsətdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31