İlham Əliyev İtaliya Prezidentinə başsağlığı verib
24 May 2023 16:22 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31