Zoran Milanoviç İlham Əliyevə təbrik məktubu göndərib

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, vətəndaşlarınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox çalışacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31