Azərbaycan-Litva münasibətlərinin yeni mərhələyə qədəm qoyur

"Cənab Prezidentin Litvaya səfəri ölkələrimiz arasında tərəfdaşlığın artması və əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Emin Hacıyevin sözlərinə görə, dövlət başçısının xarici ölkələrə səfərləri nəticəsində Azərbaycanın dünya miqyasında nüfuzu əhəmiyyətli dərəcədə artır: "Qeyd edim ki, Litva Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın dərinləşməsinə töhfə verən ölkələrdən biri olmaqla yanaşı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrdə də xüsusi rol oynamışdır. Cənab Prezidentin Litvaya səfəri çərçivəsində biznes forumun keçirilməsi və ölkələr arasında mühüm sənədlərin imzalanması Azərbaycan-Litva münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31