Moskva görüşündən ciddi nəticə gözlənilmir

"Mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan V. Putinin vasitəçiliyi ilə görüşəcək. Rusiyanın vasitəçiliyi ilə keçirilən görüş Brüssel formatından fərqlənir. Hər iki tərəfin Cənubi Qafqaz uğrunda rəqabəti fonunda belə bir görüşlər təşkil edilir. Brüsseldən fərqli olaraq  Rusiyanın mövqeyi əsasən öz təkliflərinə əsaslanır. Bu da Azərbaycanın milli maraqlarına uyğun deyil". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya Ermənistanla danışıqlarda Qarabağ məsələsini kənar tutur: "Rusiya isə, Qarabağ məsələsini gündəliyə gətirməklə, erməni əhaliyə status verilməsini şərt kimi irəli sürür. Həmçinin iki ölkə arasında delimitasiya və demarkasiyanı sülh müqaviləsindən əvvələ təklif edir. Rusiyanın vasitəçiliyi ilə hər-hansı bir sənəd imzalansa da bu sülh müqaviləsinin bağlanmasına xidmət etməyəcək. Moskva görüşü müsbət keçsə də real irəliləyişə xidmət etməyəcək. Moskva görüşündə Ermənistanda saxlanılan iki azərbaycanlı hərbi əsirin geri verilməsi müzakirə ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31