Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  intelektual yarış keçirilib - ÖZƏL - FOTO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında YENİ Klub və Tələbə Elmi Cəmiyyətlə birlikdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş universitetlər arası intelektual yarış keçirilib. Bu barədə AƏSMA-dan Olaylar-a bildirilib ki, yarış 3 raunddan ibarət oldu.1-ci raund " Heydər Əliyev və Azərbaycançılıq" 2-ci raund " Zəfər tarixi" 3-cü raund "Dünya görüşü" oldu. Yarışda 1-ci yerin qalibi Sumqayıt Dövlət Universiteti
2-ci yerin qalibi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 3-cü yerin qalibi Azərbaycan Texniki Univeristet oldu.

Qalib komandaları Tələbə Elmi Cəmiyyətin rəhbəri Aygün Bağırzadə və AƏSMA YENİ Klubun rəhbər Mülayim Salmanzadə mükafatlarla təltif etdi. Digər komandalar sertifikatla dəyərləndirildi.

Yarış Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə yekunlaşdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31