Azərbaycanla Litva arasındaki dostluq qitə dövlətlərinin birliyi üçün də mühüm vasitədir - ÖZƏL
24 May 2023 09:28 Siyasət"Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Litva Respublikası ilə əməkdaşlığa xüsusi önəm verib. Azərbaycan Litva Respublikası ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Eldar Əsədov deyib ki, Litva respublikası ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib:
"Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olub".
Hakim partiya rəsmisi deyib ki, Azərbaycanla Litva arasındakı dostluq qitə dövlətlərinin birliyi üçün də mühüm vasitədir.