"Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik"
23 May 2023 20:26 SiyasətYüksək sürətli dəmiryol xəttindən Türkiyənin digər bölgələri də faydalanacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kayseridə mitinqdə çıxışı zamanı deyib.
"Bu xətti Ərzincana, Ərzuruma, Ağrıya qədər uzadacağıq. İnşallah oradan Bakı-Tiflis xəttinə birləşdirəcəyik. Yəni, bu xətlə dünya miqyasında strateji "nəfəs borusu" açacağıq. Yəni Londandan çıxan biri ölkəmiz üzərindən Pekinə qədər gedə bilər. Əlbəttə, bütün bunlar CHP rəhbəri kimi Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik. Necə ki, 30 il sonra Qarabağı azad etdiksə, hər sahədə əməkdaşlığı gücləndirdiksə, azərbaycanlı qardaşlarımla infrastrukturumuzu da birləşdirəcəyik", - deyə dövlət başçısı bildirib.