Sözdə özlərini müsəlman adlandıran bəzi dövlətlərin Ermənistanın yanında olması hər birimizi dərindən kədərləndirir - Vitse-spiker
23 May 2023 14:52 SiyasətAzərbaycan parlamenti nümayəndə heyətinin Türkiyə səfəri çərçivəsində görüşləri davam edir. Növbəti görüş Qarsda yerləşən İşıqlı məscidində Əhli-beyt Alimlər Birliyininin sədri və nümayəndələri ilə baş tutub. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclis Sədirinin müavini Adil Əliyev məlumat verib: "Qardaşlarımızla onları maraqlandıran mövzuların ətrafında geniş müzakirələr və məsləhətləşmələr apardıq. Həm Azərbaycan da həm də qardaş ölkədə dinin dövlətdən ayrı olmasına baxmayaraq, hər zaman dövlətin inanclı şəxslərə yüksək hörmət və diqqətlə yanaşmasını, dini ibadət yerlərinin tikilməsini bildirdik. İnsanların dini inanclarından sui-istifadəyə heç bir halda imkan verilməməli olduğunu qeyd etdim. Ermənistan tarixi torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində, həmin ərazidə yerləşən 67 məsciddən 65-ni dağıtmış və müqəddəs yerlərdən tövlə kimi istifadə etmişdir. Bu vandallıq aktı nəinki Azərbaycanın, eləcə də bütün müsəlman dövlətlərinə və İslam dininə olan hörmətsizlikdir. Lakin, bu gün sözdə özlərini müsəlman adlandıran bəzi dövlətlərin buna göz yumması və Ermənistanın yanında olması hər birimizi dərindən kədərləndirir. Təəssüf ki, İran İslam Respublikası Ermənistanın etdiyi bu qədər cinayətə, barbarlığa və vandallığa baxmayaraq, hələ də cinayətkara dəstək göstərməyə davam edir".
.jpg)