Ərdoğan və Sinan Oğanın eyni cəbhədə olması Türk dünyasına qarşı olan qüvvələrin müqavimətini qırdı - ÖZƏL

"Rəcəb Tayyib Ərdoğanın seçkilərin ll turunda qələbəsi hər halda labüd idi. Sinan Oğanın Ərdoğanın yanında olması isə onun öz siyasi karyerası üçün lazım idi".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Sinan Oğanın seçimindən  gözləntilər  böyük idi:

"Türkiyənin və Azərbaycanın milliyyətçi kəsiminin Sinan bəyin  Ərdoğanın yanında olacağından şübhəsi yox idi. Sinan bəy də bu gözləntiləri öz addımı ilə doğrultdu. 
R.T.Ərdoğan və Sinan Oğanın eyni cəbhədə olması Türk dünyasına qarşı dayanan qüvvələrin fəaliyyətinə verilən ən yaxşı cavab oldu və onların müqavimətini qırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31