Qərb Paşinyana Azərbaycanla sülh müqaviləsinin bağlanmasında siyasi və təhlükəsizlik zəmanəti təklif edib - ÖZƏL
23 May 2023 12:44 Siyasət"Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya "NATO-su" adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxmasının zəruriliyini vurğulayıb. Qeyd edim ki, Qarabağ münaqişəsi bitdiyi KTMT Ermənistan üçün heç bir perspektiv vəd etmir və Qərbə inteqrasiyanın qarşısının alınmasında əsas baryerdi. Artıq, Rusiyada etiraf edirlər ki, Qərb Ermənistanı KTMT çıxmağı və Rusiya hərbi bazalarının bağlanmasını tələb edir". Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, yeni dünya nizamında Rusiyanın Ermənistanın təhlükəsizliyinə zəmanət verəcək imkanlara malik deyil. Məhz Rusiya Ermənistanın təhlükəsizliyinə "cavabdeh" olmaqla Azərbaycana qarşı vəkalət müharibəsində Qarabağı işğalına zəmin yaratmışdı və regionda mövqeyini qoruyub saxlayırdı: "Qeyd edim ki, N.Paşinyanın KTMT çıxmaq üçün prosedurlara başlaması mümkündür. Rusiya hərbi bazalarının çıxarılmasına gəldikdə, bu, Rusiya Ukrayna müharibəsində Moskvanın məğlub olmasından asılı olacaq. Yerevanın Rusiya ilə bağlı siyasətində ABŞ generalları Ermənistana mütəmadi səfərlər edir. Hazırda ABŞ iki generalı Yerevanda səfərdədir. Onların bu səfəri əsasən, Ermənistanın KTMT çıxmasını təşviq etməkdən ibarətdir.Qərb N. Paşinyandan Azərbaycan və Türkiyə ilə əlaqələrini normallaşmasını və Rusiyanın orbitində çıxmasını tələb edir. Bu istiqamətdə Yerevana siyasi dəstək verir. Hazırda N. Paşinyan Qərbin bu siyasi dəstəyindən Azərbaycana qarşı istifadə etməyə çalışır. Amma, Vaşinqton və Brüssel Yerevanın bu siyasətinə ciddi etiraz etməsə də, bu fonda Yerevanın siyasətində yer almır. Çünki N. Paşinyanın anti-Azərbaycan siyasəti Qərbin strateji xəttinə ziddir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə gedən danışıqlar prosesində Yerevanın KTMT çıxmasını önə çəkməsi,Yerevan Moskva əlaqələrinin korlanması fonunda Azərbaycanın mövqeyini gücləndirəcək.
Ermənistan rəhbərliyinin Azərbaycanla bağlı siyasətində xüsusilə Qarabağla məsələdə Rusiyanın mövqeyini bölüşmür. Çünki Kremlin mövqeyi ilə N Paşinyanı razılaşarsa, sülh müqaviləsinin bağlanması mümkün olmayacaq və böhranın davam etməsinə gətirib çıxacaq. Ona görə də Ermənistan rəhbərliyinin izlədiyi siyasi kurs Rusiya orbitindən çıxmaqla Qərbə yaxınlaşmaqdir. Bu siyasi yaxınlaşma məhz Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir. N. Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlayacaqsa, bu onun müstəqilliyini artıracaq və Moskvadan asılı vəziyyətə düşməyəcək. Bunun müqabilində Moskvanın Ermənistanda terror və hərbi çevrilişə cəhd etməsi isə, mümkün görünmür. Qərb N. Paşinyana Azərbaycanla sülh müqaviləsinin bağlanmasında siyasi və təhlükəsizlik zəmanəti verir".