Beynəlxalq aləmdə dövlətimizin nüfuzu günbəgün artır - ÖZƏL
23 May 2023 11:38 Siyasət
"Bu bir gerçəklikdir ki, 44 günlük Vətən müharubəsində Müzəffər Ali Baş Komandanımız, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Milli Ordusu otuz il erməni işğalında olan tarixi Qarabağ torpağını azad edərək, xalqımızın məğlubedilməzliyini, dövlətimizin gücünü dünyaya sübut etdi. Qürurla deyə bilərik ki, ötən üç ilə yaxın dövrdə beynəlxalq aləmdə dövlətimizin nüfuzu günbəgün artır və xalqımıza qalib xalq kimi hörmət edilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, ölkəmizdən kənarda iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə biz bunu hər dəfə şahidi oluruq: "Növbəti belə mötəbər tədbir Luksemburqda keçirilən NATO PA-nın yaz sessiyası idi. Mənim də üzvü olduğum Azərbaycan Parlamentinin bu təşkilatda təmsil edilən nümayəndə heyətimizin iştirak etdiyi NATO PA-nın Luksemburq sessiyası bizim üçün uğurla başa çatdı. Müzakirə olunan məruzələrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində beynəlxalq aləmdə həm də etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa və Avroatlantik məkanın əsas enerji təminatçılarından olduğu vurğulanırdı və müzakirə edilən məruzələrə daxil edildi. Ümumiyyətlə nümayəndə heyətimizin üzvləri tərəfindən qaldırılan təkliflər qəbul edilən sənədlərdə əks etdirilir".