“Metsamorun” dəhşət saçan təhlükəsini hiss etməmək mümkün deyil” - ÖZƏL

"Metsomor" olduqca təhlükəlidir. Qeyri hökümət təşkilatları bildiriblər ki, stansiyanın çevrəsində çatlar əmələ gəlib. Bəzi dünya mətbuatı və fizikləri "Metsemorun" dünyada və reğionda ən təhlükəli stansiya hesab edirlər". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bu tək reğion üçün deyil, eyni zamanda başqa dövlətləri də narahat etməlidir: "Qafqaz reğionu o qədər də böyük olmadiğını nəzərə alsaq, ən çox təhlükə Gürcüstan və Azərbaycana dəyəcək. Avropa Birliyi və Avropa Şurasının stansiyanın potensial təhlükə olmasını ifadə​ etməsinə baxmayaraq, stansiya öz fəaliyyətindədir. Qardaş Türküyə və Azərbaycanın də Beynəlxaq Atom Agentliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də heç bir tədbir görülmür. Yaxşı olardi, Gürcüatan respublikası da bu təhlükə mənbəyinin dayandırılması üçün öz səylərini artırsın. Axir vaxtlar Gürcüstanda xalq arasında ölüm hadisələrinin çoxalması bu stansiyanın fəaliyyəti ilə əlaqələndirilir. Deyilən görə Gürcüstanda Azərbaycan türklərinin yaşadığı bölgə stansiyaya daha yaxındır. Onu da nəzərə almaq lazımdır ki, AES-in istismar müddəti 2001-ci ildə bitmişdir. Bir anlığa falakəti təsəvvür etsək, nələrin baş verməsini xarakterizə etmək üçün sözlər kifayətsizdir. Çernobılda 7 minə yaxin insan ölümü, 25 min insanin şikəst qalmasını nəzərə alsaq, "Metsamorun" dəhşət saçan təhlükəsini hiss etməmək mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31