Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi başa çatıb
22 May 2023 23:59 SiyasətTürkiyədəki Prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermə başa çatıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında 3 gün davam edən səsvermə saat 22:00-da yekunlaşıb.
Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 qutu olmaqla ümumilikdə 15 qutu olub. Səfirliyin binasında 7417, Gəncədə 2277, Naxçıvanda isə 1349 nəfər olmaqla ümumilikdə 11 min 43 seçici səs verib.
Bülletenlər diplomatik poçtla Türkiyəyə göndərilib.
Azərbaycandakı türk seçicilərin 60,26 faizi birinci turda iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31