Kuba lideri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31