İlham Əliyev və Mehriban Əliyeva Vilnüsdə abidəni ziyarət ediblər
22 May 2023 16:58 SiyasətMayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31