Başqırdıstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
22 May 2023 16:23 SiyasətÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Sabir Hacıyevmayın 23-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetində Heydər Əliyev adına auditoriyanın açılışı olacaq. Bununla yanaşı, Başqırdıstan parlamentində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Səfər mayın 30-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31