Monteneqro parlamenti ninnümayəndə heyət Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 May 2023 15:45 SiyasətAzərbaycanda səfərdə olan Monteneqro parlamentinin sədri Daniyela Curoviçin rəhbərliketdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabana gələrək, xalqımızın ÜmummilliL ideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yade dib, məzarı önünə tər çiçəklər düzüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədiməşəl" abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlərx iyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

