Əhməd Obalının döyülməsi İran rejiminin terrorist mahiyyətini ortaya qoyur - ÖZƏL

"İran fars rejimi öz mənfur fəaliyyətindən qalmır. Əhməd Obalının və oğlunun vəhşicəsinə döyülməsi heç bir insanlıq qanunlarına sığmır və İran rejiminin terrorist mahiyyətini ortaya qoyur".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Əhməd Obalı Azərbaycandan qayıdandan bir gün sonra hücuma məruz qalıb: "Bu da onu göstərir ki, onu Azərbaycanla əlaqələrinə görə cəzalandırmaq istəyiblər. Əhməd Obalı əslində digər Cənubi Azərbaycanlı mühacirlər arasında fəaliyyətinə görə sakit və mədəni tərzi ilə seçilən insandır. Amma ona terror hücumunun edilməsi onu göstərir ki, İran rejimi öz mahiyyətinə uyğun olaraq Azərbaycan adı çəkən hər kəsə düşmənidir". 

Politoloq deyib ki, Əhməd Obalının terror hücumuna məruz qalmasını və İran fars rejiminin bu hərəkətini qətiyyətlə pisləyirik: "Əhməd bəyə şəfalar diləyirik. Əminik ki, Amerika hüquq-mühafizə  əməkdaşları bu terror aktının təşkilatçılarını həbs edib, beynəlxalq ictimaiyyətə açıqlama verəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31