44 günlük müharibə dövründə ədliyyə orqanları böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstəriblər - ÖZƏL
22 May 2023 11:23 Siyasət"44 günlük Vətən müharibəsi dövründə və xüsusən, ərazilərimizin düşmən əsarətindən azad edilməsindən sonrakı aylarda Ədliyyə orqanları böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmişlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, bu tendensiya qarşıdakı bütün aylarda və illərdə, məhz dövlət başçısının qarşımıza qoyduğu şəkildə davam etdiriləcəkdir:
"Biz şanlı Azərbaycan dövlətinə, müzəffər Ali Baş Komandana və qalib xalqımıza xidmət etməyin məmnunluğunu yaşayırıq".
Əli İbrahimov qeyd edib ki, ədliyyə işçiləri demokratik cəmiyyətdə Ədliyyə orqanlarına xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar.