Parlament nümayəndə heyətimiz Türkiyədə səfərdədir - ÖZƏL - FOTO

Milli Məclisin sədr müavini Adil Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. "Olaylar" xəbər verir ki, bu barədə Millət vəkili Adil Əlyev özü məlumat verib: "Rəhbərlik etdiyim nümayəndə heyəti ilə birlikdə bu gün Türkiyənin Iğdır vilayətindəyəm, sabah isə Qars vilayətlərinə səfər edəcəyik. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları, şəhid atası və qazi daxildir. Nümayəndə heyəti, ictimaiyyət nümayəndələri ilə birlikdə ilk olaraq Iğdır vilayətində Soyqırım Abidəsini və muzeyini ziyarət etdik. Ermənilər tərəfindən 1915-1920-ci illərdə törədilən soyqırım zamanı şəhid edilmiş qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdik. Bu gün dünyada Azərbaycan - Türkiyə qədər dünyada bir-birinə yaxın olan iki qardaş ölkə tapmaq mümkün deyil, ölkələrimiz arasındakı dostluq artıq müttəfiqliyə çevrilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31