28 May seçkilərin nəticələrindən bütövlükdə türk dünyasının gələcək taleyi asılıdır - ÖZƏL

"28 mayda Türkiyədə baş tutacaq ikinci tur prezident  seçkilərinə saylı günlər qalır. İki dövlət bir millət olan qardaş ölkədə baş verənlər,  Azərbaycan xalqı tərəfindən yaxından izlənilir. Birbaşa seçkilərdə iştirak edib, səs verməsəkdə, "bir millət, iki dövlət" qardaşlığımza sadiq qalaraq seçkiləri sakit izləməyə səbrimiz yetərincə çatmır . "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, Türkiyədə baş verən proseslər bizim ölkəmizdə də yetərincə müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə prosesləri yetərincə izləyirik. Mənim şəxsi qənaətinə əsaslanaraq bildirirəm ki, əslində seçkinin ilk turunun tam qalibi AKB-nin namizədi hörmətli Təyyub Ərdoğandır.Türkiyədə olan seçkilər bütün dünyaya bəyan olundu ki, seçkilər tam şəffaf və demokratik keçirilib. Belə rəyləri dünya müşahidəçiləri, ATƏT də təsdiqlədi.Seçkilərdə hakim partiya demək olar ki,parlamentdə yerini möhkəmlətdi. O ki,qaldı prezident seçkilərinə ikinci turda hakim partiyanın sözsüz qələbəsi olacaq. Məsələdən bir az kənara çıxaraq demək istəyirəm ki, biz 44 günlük müharibədə dost və qardaşılığımızı tanıdıq.Türküyə xalqı bizim qanımız, canımızdır.Amma hakim dairələrdə hələ də bizim ölkəni dırnaq arası istəməyənlərin səslərini eşidirik.

Uzun illərdən bəri müxtəlif imperiyaların "parçala, hökm sür" siyasətinə son qoyulacaq və yaxın gələcəkdə Türk Dövlətləri Birliyi, beynəlxalq münasibətlər sistemində özünə məxsus layiqli yerini tutacaqdır. Məhz bu reallığı həyata keçirən Türkiyə prezidenti hörmətli Ərdoğandır.Yaxın gələcəyə nəzər yetirsək görərik ki,Türkiyə ölkə kimi müdafiə sistemindən çıxıb. Bu gün Türkiyə dünyada söz sahibinə çevrilib. Dünya istəsədə istəməsə də Türkiyə ilə hesablaşır. Mən də yeniliyin tərəfdarıyam, necə ki, bəzən sosial şəbəkələrdə nədən Qılıcdaroğluna səs verdiniz sualı olduqda, insanların cavabı yenilik istəyirik demələri başa düşülən deyil.Yenilik insanlara yenilik gətirməklə yanaşı bəzən də xalqa xöşbəxtlik nəsib etmir.Bu günkü günümüzün tam reallığı budur ki, 28 mayda xalq yeniliyə yox, inkişafa dünyada səs sahibinin varlığınla səs verəcək.Sinan gənc liderdir, kifayət qədər də öz yerini tanıtdı.Sevdik və sevməyə davam edəcəyik.Amma daha yaxşı seçımı şərtsiz etməli idi. Çünkü millətçi düşüncəlidir, millətçi dövlətçidir.

Kamal müəllimə hörmətlə yanaşıram, amma sayın Kamal bəy, danışdın səslərini qayıb etdin.Siz özünüz öz siyasi xəritənizlə danışığınızla sayın Ərdoğanı qalib etdiniz. İnanmırsınızsa 28 mayda bunun şahidi olacaqsınız. Siz Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxır, Avropaya yüklərin Azərbaycan vasitəsilə yox, İran-Ermənistan ərazisindən daşınması üçün Çinlə danışıqlar aparılmasının tərəfdarı olmağınızı dediniz. Erməni politikaları da sizin tərəfdarınız olduqlarını deyirlər.Biz sizinlə bir yerdə ola bilmərik.Türk qardaşlarımız bilməlidirlər ki,qanla aldığımız lahiyəni siz sözlə itirirsiz. Böyük siyasətdə, belə taleyüklü, dövlət əhəmiyyətli strateji məsələlərdə sadəlövhlük etmək olmaz. Bütün dünya Türkiyənin iqtisadi cəhətdən çökdürülməsinə hesablanmış siyasətini aparırlar, nəyin bahasına olursa olsun, Ərdoğan iqtidarının məğlub olmasına çalışırlar.Bu dəfəki seçkilərin nəticələrindən təkcə Türkiyənin deyil, bütövlükdə türk dünyasının, müəyyən mənada İslam dünyasının gələcək taleyi asılıdır. Bu taleyi isə söndürmək olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31