Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram".