Deputatımız Qlobal kosmik konfransa qatılacaq

Milli Məclisin deputatı Vüqar Bayramov "İqlim Dəyişikliyinə dair Qlobal Kosmik Konfrans-2023"də iştirak etmək üçün mayın 22-də Norveç Krallığının paytaxtı Oslo şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Norveç Kosmik Agentliyi ilə birgə keçirilən və "Alov və buz: iqlim fəaliyyəti üçün məkan" mövzusuna həsr edilmiş konfransda kosmos fəaliyyətlərinin gələcəyi, onun qlobal iqlim dəyişikliyinin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq.
Səfər mayın 26-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31