Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun görüşünün vaxtı razılaşdırılır - Overçuk

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti görüşünün vaxtı və yeri üç ölkənin baş nazirlərinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu "TASS"a Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Bu gün gün ərzində üçtərəfli işçi qrupu çərçivəsində bizim birgə sədrliyimizlə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Baş nazirlərinin müavinləri arasında Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası məsələsi üzrə intensiv məsləhətləşmələr keçirilir. Üçtərəfli işçi qrupun növbəti görüşünün yeri və vaxtı ilə bağlı yekun qərar məsləhətləşmələrdən sonra veriləcək", - deyə A.Overçuk bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31