Emin Əmrullayev Gürcüstanın baş naziri ilə ali təhsil və elm sahələrində əməkdaşlığı müzakirə edib
19 May 2023 22:19 SiyasətMayın 19-da Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə nazir özünün "Twitter" səhifəsində yazıb.
"Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edirdilər.
Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirildi, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulandı", - deyə E.Əmrullayev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31