Gələn həftə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələləri üzrə görüş keçiriləcək - Lavrov
19 May 2023 20:46 SiyasətGələn həftə Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin rəhbərliyi ilə nəqliyyat əlaqələrinin açılması məsələləri üzrə üçtərəfli qrupun görüşü keçiriləcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanla üçtərəfli görüşün yekunları barədə deyib.
"Ümid edirik ki, yekunlar üzrə müsbət nəticə əldə ediləcək. Tərəflər artıq yekun razılaşmaya yaxındır", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31