Elektroenergetika haqqında Qanun təsdiqləndi
19 May 2023 15:52 SiyasətPrezident İlham Əliyev Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu Qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Sənədin 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31