"Bunlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın"
19 May 2023 15:07 SiyasətÜmid edirəm, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa dialoq əlavə nəticələr əldə etməyə imkan verəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib.
"Təklif edərdim ki, üçtərəfli formatda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə bütün məsələlər kompleksi nəzərdən keçirilsin və Rusiyanın malik olduğu, köməklik etmək üçün istifadə edə biləcəyimiz imkanlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31