Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB
19 May 2023 14:29 SiyasətMoskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Olaylar.az xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar evi"nə gəliblər.
Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31