Rəqəmsal İdeya Müsabiqəsinə başlanılır - ÖZƏL

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə" Rəqəmsal İdeya Müsabiqəsinə start verilir. "OLAYLAR" hakim partiyanın Pirallahı rayon təşkilatına istinadən bildirir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır.

Müraciət edəcək gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı olmaq şansını qazanacaq.

"Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə" adlı Rəqəmsal İdeya Müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaq və qaliblər mükafatlandırılacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31