ABŞ Qarabağa missiya göndərib, hansı yolla?

"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Laçın dəhlizinin blokadası səbəbindən Artsaxa (Qondarma qurumu belə adlandırıb) yardımın göndərilməsinin mümkün olmadığını bildirib. "Olaylar" xəbər verir ki, bu məlumatı hüquq müdfiəçisi Sahib Məmmədov sosial şəbəkədə paylaşıb. Paylaşmada qeyd olunduğuna görə, Pauer bildirib ki, bir çox əsas ərzaq məhsullarının çatışmazlığı var.  O, əlavə edib ki, "ərzaq regiona ticarət yolları ilə daxil olmalıdır, lakin blokada və keçid məntəqələri səbəbindən bu mümkün deyil, ona görə də Rusiya sülhməramlı qüvvələri və BQXK imkan daxilində yardım çatdırır. Samanta Pauer həmçinin əlavə edib ki, ABŞ vəziyyəti qiymətləndirmək üçün Artsaxa iki missiya göndərib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31