Sülh müqaviləsinin imzalanması daha çox Ermənistana lazımdır - ÖZƏL
19 May 2023 10:36 Siyasət"Sülh müqaviləsinin imzalanması daha çox Ermənistana lazımdır. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması Ermənistanı yaşadığı iqtisadi böhrandan xilas edər". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, Azərbaycan sülh təklifini edərkən bu bəyanatı da səsləndirmişdir ki, uzun müddət masa üzərində qalmayacaq: "Bu addım Ermənistan üçün son şansdır. Brüssel görüşünü səmimi, açıq və nəticəyönümlü hesab edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirdi ki, bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır".