Qarabağ ermənilərini afrikalıların aqibəti gözləyir - XƏBƏRDARLIQ EDİLDİ
18 May 2023 18:58 Siyasət"Fransa gəlib erməniləri xilas etməyəcək. Bu, təbliğatdır və bunlar biz afrikalılara çox yaxşı tanışdır. Çünki bu metoddan artıq Afrikada xalqları bir-birinə qarşı qoymaq üçün istifadə edirlər. Erməni xalqı bir məsələni yaxşı anlamalıdır ki, Fransa "Xilas edirəm" deməklə, onlardan öz məqsədləri üçün istifadə edir. Fransa heç öz vətəndaşlarını xilas edə bilmir. Çünki Fransa çürüməkdə olan dövlətdir".
QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, bu fikirləri Afrikanın Müdafiəsi Liqasının Prezidenti Equnçi Behanzin bildirib.
E.Behanzin Ermənistan xalqına məsləhət də verib:
"Ermənilərə məsləhətim odur ki, birbaşa Azərbaycan dövləti ilə təmasa girsinlər. Fransa kimi imperialist dövlət kənardan gəlib onların məsələsini həll etməyəcək. Bu gün dünyada heç kim müharibə və ölüm istəmir. Müharibədə fayda yoxdur. Lakin, ədalətli olmaq lazımdır. Biz ədalətin tərəfindəyik. Azərbaycan haqlıdır. Çünki Azərbaycan xalqı illərdir qırğınlara məruz qalıb. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının köməyinə gəlməyib. Bu gün Azərbaycan özünümüdafiə hüququna malikdir və başqalarına zəhərli vasitəçilik üçün şans vermək olmaz".
Daha ətraflı AZTV-nin süjetində:
https://www.youtube.com/watch?v=WMyv2NvZxVs&ab_channel=AZTV