Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ beynəlxalq müstəvidə tanınır - ÖZƏL

"İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ sxlanılır". Bunu "Olaylar"a deyən hüquqşünas  Alim Hüseynlinin sözlərinə görə, bu hüquq beynəlxalq konvesiyalara əsaslanan "Qayıdış Konsepsiyası"nda da əksini tapıb: "Ermənistanın bütün cəhdlərinə baxmayaraq bu ölkədən zorla çıxarılan azərbaycanlıların geriyə qayıtmaq hüququ var. Üstəlik Ermənistan tərəfindən geri qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının qorunması üçün lazımi şərait yaradılmalıdır. Belə ki, Ermənistan hökuməti qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır. Paralel olaraq Ermənistan dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır. Qayıdacaq azərbaycanlıların ölkəmizlə xüsusi bağları nəzərə alınaraq, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə şərait yaradılmalıdır". Hüquqşünas qeyd edib ki, bu məsələdə əsas nüans geri qayıdacaq azərbaycanlıların təhlükəsizliyi ilə bağlıdır: "Məhz bu amil nəzərə alınaraq "Qayıdış konsepsiyası"nda qeyd edilir ki,  qayıdacaq azərbaycanlıalrın təhlükəsizliyini təmin etmək üçün onların məskunlaşacağı ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır. Zahirən ermənilərin sadalanan məsələlərə razılıq verəcyi inandırıcı görsənmir. Ancaq "Qərbi Azərbaycan İcması" bu istiqamətdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməlidir ki, istəklərinə nail olsunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31