Yeni qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək
18 May 2023 14:11 SiyasətAzərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 iyul 1394 nömrəli Fərmanının 8.1-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə beynəlxalq təcrübə nəzərə alınmaqla, "Yerin təki haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsinin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 477s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Yerin təki haqqında" Azərbaycan Respublikasının yeni qanununun layihəsi hazırlanıb. "Olaylar" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi ictimai dinləmənin və ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin (eco.gov.az) və Agentliyin (meda.gov.az) saytında yerləşdirilib.Vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar buradan daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini 17 iyul tarixinədək [email protected] ünvanına göndərə bilərlər.İctimai dinləmə 26.05.2023-cü il tarixində (saat 15:00) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçiriləcək və təklif təqdim etmiş şəxslərə nəticə barədə 3 (üç) iş günü müddətində məlumat veriləcəkdir. Zərurət yarandığı təqdirdə növbəti iclaslar təyin ediləcək və tarixi barədə məlumat veriləcək.