Heydər Əliyev və Azərbaycan təhsili- HEYDƏR ƏLİYEV-100
19 May 2023 14:40 SiyasətAnadan olmasının 100 illiyi günlərində ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinə bir daha nəzər salınır, dahi şəxsiyyətin ölkəmizin hər bir sahəsinin inkişaf etdirilməsi, tərəqqiyə nail olunması istiqamətindəki yorulmaz, ardıcıl fəaliyyətləri öyrənilir, bu günkü və gələcək nəsillərə təbliğ olunur. Mübaliğəsiz və qətiyyətlə demək olar ki, Azərbaycan təhsilinin bu günkü vəziyyətə gəlib çatması, onun inkişaf etməsində Heydər Əliyevin xidmətləri əvəzsizdir. İstər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istər Moskvada Siyasi Büroda çalışdığı dövrdə, istərsə də müstəqil Azərbaycanda hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycan təhsilinin intibahına yönəlik addımlar atıb, tədbirlər həyata keçirib. Hələ keçmiş SSRİ zamanında azərbaycanlı gənclərin ittifaqın ayrı-ayrı ölkələrinə təhsil almaq üçün göndərilməsi ümummilli liderin Azərbaycan təhsilinə, onun inkişafına nə dərəcədə ciddi diqqət yetirdiyinin göstəricisi sayıla bilər. Ona görə də tam əminliklə deyə bilərik ki, ümummilli liderin Azərbaycanda hər bir sahə kimi təhsil sahəsində də misilsiz, müqayisə edilməyəcək dərəcədə xidmətləri olub. Ona görə də Azərbaycan təhsilinin inkişaf, tərəqqi dövrünü üç mərhələyə bölürlər. Birinci mərhələ 1970-1982-ci illəri əhatə edir. Azərbaycan təhsilinin milli tariximizdə coşğun yüksəlişi, əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünə təsadüf edir.
Azərbaycan təhsilinin ikinci inkişaf dövrü isə 1982-1987-ci illərə təsadüf edir. Bu mərhələ cənab Heydər Əliyevin keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu o illər idi ki, digər sahələrlə yanaşı, Heydər Əliyev dövlətin bütünlükdə təhsil sisteminə rəhbərlik edirdi. Hətta o illərdə Azərbaycan gənclərinin nəinki Azərbaycanda, həmçinin Azərbaycan hüdudlarından kənarda da təhsil almalarına şərait yaradərdı. Hətta, tez-tez azərbaycanlı tələbələrlə də görüşür, onların qayğı və problemləri ilə şəxsən maraqlanır, onların həlli üçün bütün imkanlardan istifadə edirdi.
Nəhayət, Heydər Əliyevin təhsil sahəsində inkişafa, tərəqqiyə xidmət edən addımlarının üçüncü dövrü müstəqillik illərinə təsadüf edir. Daha doğrusu ümummilli liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonrakı dövrə. 1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıdan, daha sonra Azərbaycan vətəndaşlarının böyük etimadı ilə ölkə başçısı seçilən Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirməyə başladı.
Ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin büyük təsiri nəticəsində bu sahədə irəliləyişlər oldu, orta, orta-ixtisas və ali məktəblərdə struktur dəyişiklikləri baş verdi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparıldı, problemin həlli üçün effektiv üsul və metodların tətbiqi önə çəkildi. Təhsilə dəyər verərkən Heydər Əliyev deyirdi: "İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamızın müstəqil dövlət kimi Azərbaycanın öz milli diologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalıdır".
Heydər Əliyev Azərbaycan müəllimlərinin qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə edirdi: "Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkminləşdirəcək".
Ümummilli lider bir başqa çıxışlarından birində isə təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyirdi: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır".
Bir sözlə Azərbaycan təhsilinin bu günkü inkişafı, tərəqqisinin təməlində məhz Heydər Əliyevin təhsil siyasəti dayanır və ümummilli liderin bu sahədə rolu, xidmətləri böyükdür.
Süleyman