Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesinə beynəlxalq ictiamiyyətin töhfəsini yüksək qiymətləndirir - Ceyhun Bayramov

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesinə beynəlxalq ictimaiyyətin töhfəsini yüksək qiymətləndirir.

Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyanın Reykyavik şəhərində Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının dördüncü Zirvə Görüşündə deyib.

"Son aylar ərzində aparılan bir sıra danışıqlara baxmayaraq, vəziyyət əvvəlki kimi gözləntilərimizə cavab vermir. Azərbaycan normallaşma prosesinə beynəlxalq ictimaiyətin töhfəsini və bu kontekstdə Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üzrə Aİ Şurası çərçivəsində göstərilən səyləri yüksək qiymətləndirir", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31