Kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar davam edir - ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara və dəyişikliklərə baxmayaraq hələ də, kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar davam edir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, kadr siyasəti hər bir müəssisədə şəxsi heyətin idarə edilməsi vəzifəsidir: "Uğurlu kadr siyasətinin reallaşmasının səmərəliliyi istənilən sahədə peşəkarlığı, çevik fəaliyyət qabiliyyətliliyi, peşə fəaliyyəti ilə bağlı istənilən təcavüzə qarşı dayanmaq iradəsi, xidməti vəzifəsinin icrası ilə bağlı real təhlükə yarandıqda vaxtında və düzgün qərar verə bilən, möhkəm mənəvi-əxlaqi və psixoloji durumu ilə fərqlənən işcilərin məsul rəhbər vəzifələrə irəli çəkilmələrini nəzərdə tutur". Hüquqşünas deyib ki, kadr siyasətinin reallaşdırılması mexanizmləri əsasən subyektiv amillərdən, tərbiyəsindən, təhsilindən, düşüncə tərzindən, ənənələrindən, təcrübələrindən asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31