Deputatlarımız Latviyada görüşlər keçiriblər

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramovun və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadənin Latviya Respublikasına səfəri çərçivəsində görüşlər keçiriblər. "Olaylar" xəbər verir ki, mayın 15-də və 16-da Latviya Seyminin sədr müavini Yanis Qrasberqs, Latviya Seyminin Katibi və Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Armands Krauze və qrupundigər üzvləri, Latviya Xarici İşlər Nazirliyinin Parlament katibi Qunda Reire,Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqınınsədri Gints Kaminskis və Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzinin direktoru Venta Kotsere ilə görüşlər keçirilib. Görüşlərdə ölkəmizin Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31