Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz hesab olunan işləri görməyi bacardı - ÖZƏL
17 May 2023 11:01 Siyasət"Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz hesab olunan işləri görməyi bacardı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsas nailiyyətlərindən biri onun yürütdüyü xarici siyasətdir: "Ümummilli Liderin möhkəm bünövrələr üzərində qurduğu bu siyasət bu gün də öz bəhrəsini verməkdədir. Məhz Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub, əlaqələrimiz mehriban qonşuluq, dostluq və tərəfdaşlıq istiqamətində inkişaf etməyə başlayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31