Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi - ÖZƏL
17 May 2023 10:50 Siyasət"Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin tarixi mərhələlərini təşkil edib: "Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib: "Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq". Heydər Əliyevin uzaqgörən şəxsiyyət olduğunu deyən YAP Veteranlar Şurasının sədri qeyd edib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir: "Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar".