Azərbaycanla Tacikistan arasında imzalanmış bir sıra sənədlər təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol"un təsdiq edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol" təsdiq edilib.

Dövlət başçısının digər fərmanı ilə isə 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31