Zəlzələdə hamıdan əvvəl köməyə gələn Azərbaycan xalqının zəhməti heç zaman unudulmayacaq - Bayram Özçelik

Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq davam edir. Zəlzələdə hamıdan əvvəl köməyə gələn Azərbaycan xalqının zəhməti heç zaman unudulmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Büro Katibi, millət vəkili Bayram Özçelik Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələri daha da möhkəmlənir.

"Türiyə və Azərbaycan liderləri arasında qardaşlıq davam edir və bu da bizim üçün çox qürurvericidir. Şuşa bəyannaməsi ilə bizim əlaqələrimiz strateji səviyyədən müttəfiqlik səviyyəsinə yüksəlib", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31