Heydər Əliyevin işgüzar keyfiyyətləri müstəqil Azərbaycanın inkişafında müstəsna rol oynayıb - Andrey Yatskin

Heydər Əliyev müdrik və peşəkar şəxsiyyət idi. Onun işgüzar keyfiyyətləri Sovet İttifaqında yüksək qiymətləndirilib və sonradan müstəqil Azərbaycanın inkişafında müstəsna rol oynayıb.

Trend-in məlumatına görə, bunu Rusiya Federal Şura sədrinin birinci müavini Andrey Yatskin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda seçilməsi ölkədə dönüş nöqtəsi oldu. "Heydər Əliyev hər zaman Rusiya-Azərbaycan münasibətlərinə önəm verib", - deyə o bildirib.

Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31