Ceyhun Bayramov İslandiyaya işgüzar səfərə gedib
16 May 2023 13:49 SiyasətMayın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslandiyaya işgüzar səfəri başlayıb.
Bu barədə Olaylar.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, onun səfər çərçivəsində İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirakı, habelə tədbirdə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31